Dünən axşam UEFA Çempionlar Liqasının ilk yarımfinal qarşılaşmasında "Alyans Arena"da "Bayern Münhen"ə 1:2 hesabı ilə məğlub olan Madrid "Real"ında, gərginlik hökm sürür. Siasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Joze Maurinyo, "Real"ın qapısına vurulan ilk qolun oyundankənar vəziyyətdə vurulduğunu iddia edərək, qolu qeydə alan ingilis hakimi savadsızlıqda ittiham edib. Məğlubiyyətə baxmayaraq cavab qarşılaşmasında finala adlamaq üçün var qüvvə ilə mübarizə aparacaqlarını deyən J.Maurinyo, buna əmin olduğunu dilə gətirib. Eyni zamanda qarşılaşmadan əvvəl Kriştiyanu Ronaldonun ayaqqabılarının oğurlandığını iddia edən portuqlaiyalı futbol mütəxəssisi, bunun bir ayıb iş olduğunu, "Santyaqo Bernabeu"da belə bir işin baş verməsinin mümkünsüz olduğunu deyib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB