"Fənərbaxça"nın vitse prezidenti "Qalatasaray"ı "topa tutdu"

"Fənərbaxça"nın vitse prezidenti "Qalatasaray"ı "topa tutdu"
İstanbulun "Fənərbaxça" futbol klubunun vitse prezidenti Nihat Özdemir, əzəli rəqibləri olan "Qalatasaray" əleyhinə sərt açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "sarı lacivərtli" klubunun vitse prezidenti bildirib ki, əgər "Qalatasaray" çempion kimi bu mövsümü bitirərsə, "Fənərbaxça" klubundan keç kim əzəli rəqibini alqışlamayacaq və təbrik etməyəcək. "İnşallah onlar çempion olmazlar. Olsalar belə, bizim "Qalatasaray"ı alqışlamaq fikrimiz yoxdur"-deyə N.Özdemir fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə