Hansı türk klubu "Çelsi"nin ulduz futbolçusunu transfer etmək istəyir?

Hansı türk klubu "Çelsi"nin ulduz futbolçusunu transfer etmək istəyir?
İngiltərənin "Çelsi" futbol klubunun fildişi sahillərindən olan ulduz futbolçusu Salomon Kolu 12 Avropa klubunun transfer siyahısında yer alır. Siasport.az saytı xəbər verir ki, bu mövsümün sonunda "zadəganlar"la hazırkı müqaviləsi başa çatmaqda olan qaradərili futbolçunu "Roma", "Milan", "Arsenal" və digər nəhəng klublar transfer etmək istəyirlər.

İngilis mətbuatı yazır ki, bu klublar arasında Türkiyə təmsilçisi olan bir futbol klubu da yer alır. Həmin türk klubunun adı açıqlanmasa da, bu komandanın güclü maliyyə imkanlarına sahib olduğu bildirilir. Bu isə o deməkdir ki, "Çelsi"nin futbolçusuna "elçi" düşən türk klubu daha bir sürpriz transfer reallaşdırmağa yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə