\"Alman maşını\"  “Real”ı çökdürdü...

\"Alman maşını\" “Real”ı çökdürdü...

UEFA Çempionlar Liqasının ilk yarımfinal görüşü keçirilib. Siasport.az saytı xəbər verir ki, \"Alyans Arena\"da Madrid "Real"ını qəbul edən Münhen \"Bavariya\"sı, rəqibini 2:1 hesabı ilə məğlub edərək cavab qarşılaşmasına üstün tərəf kimi yollanmaq imkanı qazanıb. Olduqca dinamik və gərgin futbol həyəcanı ilə keçən 90 dəqiqədə daha çox \"Bavariya\" üstün tərəf kimi çıxış edib. İlk yarıda Riberinin qolu ilə meydan sahibləri önə keçiblər. 53-cü dəqiqədə Məsut Özülün vurduğu qolla hesaba tarazlıq gəlib. Buna baxmayaraq \"kral klubu\" məğlubiyyətdən yaxa qurtara bilməyib. Görüşün son dəqiqəsində Qomez "Bavariya"ya qələbə qazandıran qola imza atıb.


\"Bavariya\" (Almaniya)-\"Real\" (Madrid,İspaniya)-2:1


Qollar: Riberi, 17 (1:0), Özil, 53 (1:1), Qomez, 90 (2:1)

Bütün xəbərlər Facebook səhifəmizdə