Almaniyada tarixin ən böyük rəzaləti

Almaniyada tarixin ən böyük rəzaləti

Kriştianu Ronaldu, Kərim Benzema və Məsud Özil Münhendə oğruların əməlinin qurbanı olublar


Madridin "Real" klubunun oyunçuları Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya" ilə qarşılaşma ərəfəsində idman ayaqqabılarısız qalıblar. "Kral klubu" nun oyunçuları Kriştianu Ronaldu, Kərim Benzema və Məsud Özil Münhendə oyundan əvvəl oğruların əməlinin qurbanı olublar.


"Real"ın soyunub-geyinmə otağından 6 cüt buts oğurlanıb. Oğrular futbolçuların idman paltarlarını da aparıblar.


"Real" baş vermiş hadisə ilə bağlı Avropa Futbol Assosiasiyarı İttifaqına (UEFA) müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə