Visente Del Bosqe 2014-cü ilə qədər İspaniya millisinə başçılıq edəcək?

Visente Del Bosqe 2014-cü ilə qədər İspaniya millisinə başçılıq edəcək?
Futbol üzrə İspaniya millisinin hazırkı baş məşqçisi Visente Del Bosqe 2014-cü ilə qədər hazırkı postunda qala bilər. Siasport.az saytı xəbər verir ki, İspaniya Futbol Federasiyası 61 yaşlı futbol mütəxəssisinə bu ilin yayında başa çatan müqaviləsini yeniləməyi təklif edib. İspaniya mətbuatı yazır ki, bu ölkənin milli komandasını Avropa və Dünya çempionu edən İstanbulun "Beşiktaş" futbol klubunun keçmiş baş məşqçisi də təklifə müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə