\"Qalatasaray\" \"Beşiktaş\"ı öz meydanında məğlub etdi

\"Qalatasaray\" \"Beşiktaş\"ı öz meydanında məğlub etdi

Türkiyə Super Liqasının çempionluq qrupunun ilk turunda "Qalatasaray" klubu "Beşiktaş"la qarşılaşıb. Oyun gərgin anlarla yadda qalıb. Qarşılaşma "Qalatasaray"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə klubun çempionluq qrupunda liderliyi davam etdirməsinə imkan verib. "Sarı-qırmızılılar" hesabı 26-cı dəqiqədə açıblar. Rieranın künc zərbəsindən sonra Elmander topu başı ilə qapıya doğru yönəldib. Qapıçı Rüştü topa toxunsa da, Melonun təkrar zərbəsindən sonra hesab açılıb. Birinci hissə bu hesabla başa çatıb. 79-cu dəqiqədə isə Aydın "Qalatasaray"ın üstünlüyünü iki topa çatdırıb. Qarşılaşma zamanı azarkeşlər bir neçə dəfə meydançaya soxulmağa cəhd ediblər. 85-ci dəqiqədə azarkeşlərdən birinin bu cəhdinin qarşısı alınıb. Oyunun əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə isə meydançaya soxulan azarkeş "Qalatasaray"ın oyunçusu Eboueyə doğru qaçıb. Lakin təhlükəsizlik qüvvələri onu zərərsizləşdiriblər. Bir qədər sonra daha 2 azarkeş də meydançaya girib.Oyundan sonar hakimlər və qonaq komandanın oyunçuları meydançanı tərk etməkdə çətinlik çəkiblər. Tribunalardan onlara doğru müxtəlif əşyalar atılıb. Bəzi azarkeşlər isə tribunalardakı oturacaqları sındıraraq meydançaya atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə