Cənubi koreyalı 24 yaşlı Li Qun Xvan "danışılmış oyunlar"da suçlu bilirək ömürlük futboldan uzaqlaşdırıldığı üçün intihar edib. SİA xarici saytlara istinadən xəbər verir ki, futbolçu özünü İnçxon şəhərində yaşadığı evin damından tullayıb və xəstəxanaya aparılarkən yolda keçinib.
Li Qun Xvan Cənubi Koreyanın "Teçjon Sitizen" və "Suvon Samsunq Blyuyinqz" klublarında çıxış edib. 2011-ci ildə "danışılmış oyunlar"la bağlı aparılan araşdırmalardan sonra onun da adı bu qalmaqallarda olduğundan ömürlük diskvalikasiya olunmuşdu. Ümumilikdə bu işə 57 adam cəlb olunmuşdu ki, bunların da 46-sı keçmiş və indi futbolçular idi.
Li Qun Xvan bu məsələdə adı hallanıb intihar edən dördüncü şəxsdir. 2011-ci ilin mayında üçüncü dvizionun 29 yaşlı yarımmüdafiəçisi Con Çon Kvan yaşadığı mənzildə özünü asmışdı. Oktyabrda klub məşqçilərindən olan Li Su Çxol özünü öldürmüşdü. Həmçinin "İnçxon Yunayted" klubunun qapıçısı da intihar edərək həyatına son qoymuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB