“Barselona” Avropada yenə birincidir

“Barselona” Avropada yenə birincidir

"Barselona" Avropada daha bir göstəriciyə görə 1-ci olub. Çempionlar Liqasının (ÇL) son qalibi qitədə oyun ərzində topa ən çox nəzarət edən komandadır. "Barsa"nın məharətli "top sehrbazlar"ı bu göstəricidə 69,5 faiz üstünlüyə malikdir. "Bavariya" 63,9 faizlə 2-ci, bu göstəriciləri hesablayan "Yuventus" 61,2 faizlə 3-cüdür. İlk dördlüyü "Roma" tamamlayır – 60,4 faiz.

Dünyanın ən güclü komandalarından sayılan, "Barselona" ilə İspaniya çempionluğu və Çempionlar Liqasınin qalibi olmaq uğrunda mübarizə aparan Madridin "Real" klubu ilk dördlüyə düşməyib. İtaliyanın keçənilki çempionu "Milan" isə 58,8 faizlə yalnız 8-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə