Jennifer Lopez DÇ-2012-nin açılışına görə Azərbaycana gələcək

Jennifer Lopez DÇ-2012-nin açılışına görə Azərbaycana gələcək
Beynəlxalq super ulduz Jennifer Lopez 22 sentyabrda, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində çıxış edəcək. Siasport.az saytının məlumatına görə, bu Jennifer Lopezin ölkəmizdə ilk çıxışı olacaq. FIFA U-17 qadınlararası dünya çepionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) açılış mərasimini Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edəcək.

Məlumat üçün bildirək ki, açılış mərasiminin biletləri bu gündən çempionatınhttp://www.fifa.com/Azerbaijan2012 rəsmi internet səhifəsindən əldə oluna biləcək.

Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ilk bileti bu il martın 19-da keçirilmiş Novruz bayramı tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə