"Çelsi" və "Liverpul" finalda üz-üzə gələcəklər!

"Çelsi" və "Liverpul" finalda üz-üzə gələcəklər!
İngiltərə Federasiya kubokunda (FA) yarımfinal mərhələsinin oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, doğma azarkeşləri önündə "Everton"u qəbul edən "Liverpul", rəqibini 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb. Digər bir qarşılaşmada isə "Çelsi" "Tottenhem"lə qarşılaşıb. "Zadəganlar" əzəli rəqiblərindən olan "Tottenhem"i 5:1 hesabı ilə darmadağın edərək finala yüksəliblər. İndi finalda "Çelsi" və "Liverpul" üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə