Dünən futbol üzrə Türkiyə Superliqasında final mərhələsinin ilkin qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, Türkiyə çempionluğu uğrunda mübarizə aparan ilk dörd komandadan ikisi "Şükrü Saracoğlu" stadionunda üz-üzə gəliblər. Meydan sahibi olan "Fənərbaxça", əzəli rəqiblərindən olan "Trabzonspor"u qəbul edib. Olduqca gərgin keçən qarşılaşmada "sarı lacivərtlilər" 2:0 hesabı ilə qalib gəliblər. Bu qələbədən sonra əzəli rəqibi olan lider "Qalatasaray"la xal fərqini ikiyə endirən "Fənərbaxça", bütün diqqətini bu gün axşam "İsmət İnönü" stadionunda oynanılacaq "Beşiktaş"-"Qalatasaray" qarşılaşmasına yönəldəcək. Əgər "cim bom" "İsmət İnönü"dən xalsız dönərsə, o zaman "Fənərbaxça" çempionluq yolunda böyük şans əldə etmiş olacaq. Digər qarşılaşmada isə "Sivasspor" "Bursaspor"u 4:0 hesabı ilə darmadağın edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB