Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib. Siasport.az saytının məlumatına görə, yarışın ilk günündə 2 boksçumuz – Vətən Hüseynli (81 kq) və Elvin İsayev rinqə çıxıb. Hüseynli İspaniya idmançısı Abner Lloverasla döyüşdə ilk raundu 2 xal fərqlə öndə qapayıb. İkinci raundda hər iki boksçunun 4 dəqiq zərbəsi qeydə alınıb. Yekunda boksçumuz 17:14 hesabı ilə qələbə qazanıb. Həmyerlimiz növbəti mərhələdə erməni Artur Xaçatryanı məğlub etmiş polşalı Mateuş Triçlə qarşılaşacaq. Elvin Isayev Trabzonda ilk döyüşünü Rumıniya təmsilçisi Aleksandru Çiçeryanunu mübarizədən kənarlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB