İtaliya "A" Seriyasında mubarizə aparan "Livorno" klubunun müdafiəçisi Morozininin ölümü ölkədə bu seriyadan olan oyunların təxirə salınmasına səbəb olub. Siasport.az saytının məlumatına görə, görüşün 31-ci dəqiqəsində yerə yıxılan futbolçu xəstəxanaya aparıldıqdan sonra keçinib. İtaliya Futbol Federasiyalarının açıqlmasında isə bildirilib ki, "Livorno"nun 25 yaşlı yarımmüdafiəçisi Piermario Morozinin ölümü ilə əlaqədar olaraq, təxirə salınan birinci liqanın qarşılaşmalarının təqvimi 1 həftə sonraya təyin olunub.
Məlumat üçün bildirək ki, 33-cü həftə oyunları Aprelin 21-22-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB