Aprelin 15-də Bakıda uşaqlar arasında beynəlxalq şahmat turniri start götürüb. SİA-nın xəbərinə görə,"Gənclik" şahmat klubunun təşkilatçılığı ilə Səbail rayon şahmat məktəbində keçirilən ənənəvi turnirdə Bakıdan, Sumqayıtdan, Mingəçevirdən və Dağıstan Respublikasından 14 şahmatçı iştirak edir.
Açılış mərasimində çıxış edən şahmat üzrə milli komandanın baş məşqçisi Fikrət Sudeyifzadə turnirin təşkil olunmasına görə "Gənclik" şahmat klubuna təşəkkürünü bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb.Yarışın qalibinə və mükafata layiq yerləri tutan digər idmançılara qiymətli hədiyyələr veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB