May ayında velotura start veriləcək

May ayında velotura start veriləcək
Mayın 9-dan 13-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur keçiriləcək. 23 yaşınadək velosipedçilər arasında təşkil olunacaq yarış beş mərhələlidir. SİA-nın verdiyi xəbərə görə, bu, Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışı olacaq.
Yarışda iştirak etmək üçün təşkilatçılar hər biri 6 idmançıdan ibarət olan 20 komanda dəvət ediblər. Pelotonda 4 kontinental, 4 milli və 12 klub/qarışıq komanda mübarizə aparacaq.
Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə