SƏS-in komandası ANS-i darmadağın etdi- Foto

SƏS-in komandası ANS-i darmadağın etdi- Foto
Bu gün Ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar olaraq "Şərq" qəzeti redaksiyasının KİV arasında təşkil etdiyi "Media kuboku-2012" mini-futbol turnirinin ilk qarşılaşması baş tutdu. Siasport.az idman portalının məlumatına görə, "D" qrupunda mübarizə aparan komandamız püşkatmaya uyğun olaraq ANS futbolçuları ilə qarşılaşdı.

Qeyd edək ki, oyunun ilk dəqiqələrində komandamız bir neçə dəfə qol vurmağa yaxın olsa da sadəcə futbolçularımızın bəxti gətirmədi. "ANS" isə cavab olaraq "SƏS"-in qapısından cavabsız 2 top keçirdi. Birinci hissənin ortalarında sükanı ələ alan "SƏS" ilk hissənin fasiləsinə 2:2 hesablı bərabərliklə yollandı.

Məlumat üçün bildirək ki, ikinci hissədə hadisələr "SƏS"-in xeyrinə cərəyan etdi. ANS-in qapısından 4 qol keçirməyə müvəffəq olan komandamız bunun cavabında 1 top gördü. Qarşılaşmanın sonuna yaxın təzyiqləri bir az da artıran "SƏS" hesabı artırdı. Beləliklə oyun 5:3 hesabı ilə komandamızın xeyrinə başa çatdı.

Bu qələbə münasibətilə bütün "SƏS"çiləri təbrik edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə