“Simurq” Tovuza yola düşüb
Unibank Premyer Liqasının Final mərhələsinin II "altılığ"ında mübarizə aparan "Simurq" PFK XXVIII tur çərçivəsində aprelin 15-i Tovuzda "Turan"ın qonağı olacaq. Siasport.az idman portalının məlumatına görə, oyuna hazırlıqları davam etdirən "Simurq" Zaqatala şəhər stadionunda növbəti məşqinə çıxıb.

Qeyd edək ki, baş məşqçi Georgi Çıxradze və məşqçilər korpusunun rəhbərliyi altında tam heyətlə məşq edən "Simurq" bu gün səhər tezdən Tovuza yola çıxıb. Komanda bu gün Qazax rayonunda yerləşən Olimpiya İdman Kompleksində məskunlaşacaq və burada oyuna hazırlıqların tamamlayacaq.

Məlumat üçün bildirək ki, Emin Cəfərquliyev və Rasim Ramaldanov kart cəzalısı olduqlarından bu matçda forma geyinə bilməyəcək.

Xatırladaq ki, mövsüm ərzində dördüncü dəfə qarşı-qarşıya gələcək komandalar sonuncu görüşdə meydandan sülhlə ayrılıb. 18-ci duel ərəfəsində zaqatalalılar son 4 oyunda tovuzluları evlərində məğlub edə bilmir. Təhlükəli zonadan uzaqlaşmaq üçün "sarı-qaralar" növbəti qarşılaşmada mütləq "Turan"ı məğlub etməli və növbəti xalları hesabına qatmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə