"Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov FİFA-nın "Xəzər Lənkəran"ın hesabından 6 xal silinməsi barədə xəbərə münasibət bildirib. Siasport.az idman portalının məlumatına görə, Zeynal Məmmədov klubdan 6 xalın silinməsinə kədərləndiklərini vurğulayıb. Belə ki, baş menecerin bu hadisəyə münasibətini oxucularımıza təqdim edirik: "Bu hal bizi sevindirmir, əksinə kədərləndirir. Vəziyyətin belə hal almasını arzulamazdıq. "Bakı" mübarizəni meydanda aparır və hər bir komandanın nəticəsinə hörmətlə yanaşır. "Xəzər Lənkəran"ın hesabından 6 xal silinməsi komandanın, futbolçuların, məşqçilərin əziyyətini yerə vurur. Bu, istənilən klub üçün ağır qərardır. İnanıram ki, rəqiblərimiz özlərində güc tapıb, mövsümün sonuna qədər iddialarını davam etdirəcəklər. Biz bütün münasibətlərin 90 dəqiqə ərzində ancaq meydanda ayırd olunmasının tərəfdarıyıq. Ədalətli mübarizədə qazanılan İstənilən nəticə bizim üçün qəbuldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB