FİFA “Xəzər Lənkəran”ın hesabından 6 xal sildi

FİFA “Xəzər Lənkəran”ın hesabından 6 xal sildi

FİFA "Xəzər Lənkəran" klubu ilə bağlı yekun qərarını açıqlanıb. AFFA-nın rəsmi saytına istinadən SİA xəbər verir ki, ali futbol qurumu cənub təmsilçisinin hesabından 6 xalın silinməyi ilə bağlı qərar çıxarıb. Buna səbəb "ağ-yaşıllar"ın 2008/09 mövsümündə sabiq braziliyalı futbolçusu Romulo Silvanoya borc məbləğinə görə faizin vaxtında ödənilməməsidir.


Bununla bağlı FİFA-nın Nizam-İntizam Komitəsinin qərar çıxarıb:

30.11.2011-ci il tarixli qərarının 3-cü hissəsinin 4-cü bəndinə (Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından təxirə salınmadan 6 xal çıxılsın. Xalların çıxılması yerli assosiasiya tərəfindən həyata keçirilsin) və FİFA-nın Nizam-İntizam Komitəsinin 29.03.2012-ci il tarixli təlimat məktubuna əsasən AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul olundu:


1. Unibank Premyer Liqası yarışlarında "Xəzər Lənkəran" FK-nun cari mövsümdə aktivindən 6 xal çıxılsın.


2. AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda çıxış edən klubların nəzərinə çatdırılır ki, analoji hadisə ilə qarşılaşmamaları üçün FİFA, UEFA, AFFA və Lisenziyalaşdırmanın bütün tələbləri yerinə yetirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə