Atletimiz qrupunda 3-cü oldu

Avropa çempionatında daha bir idmançımız körpü üzərinə çıxıb. Siasport.az idman portalının məlumatına görə, Alyona Kiriyenko 69 kq çəki dərəcəsinin "B" qrupunda mübarizə aparıb. Məlumat üçün bildirək ki, Azərbaycan atleti mübarizə apardığı qrupunda 3-cü yerə layiq görülüb. İdmançımızın qaldırdığı çəki dərəcələri isə belə olub:

Birdən qaldırma hərəkəti

1-ci yanaşma – 85 kq (cəhd uğurlu oldu)

2-ci yanaşma – 88 kq (cəhd uğursuz oldu)

3-cü yanaşma – 88 kq (cəhd uğurlu oldu)

Bu hərəkətdə Kiriyenko 3-cü yeri tutub.

Təkanla qaldırma hərəkəti

1-ci yanaşma – 105 kq (cəhd uğurlu oldu)

2-ci yanaşma – 109 kq (cəhd uğurlu oldu)

3-cü yanaşma – 113 kq (cəhd uğurlu oldu)

Qeyd edək ki, bu hərəkətdə 3-cü yeri tutan ağır atletimiz, ümumi hesabda 9-cu yerlə kifayətlənməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə