“Xəzər Lənkəran”dan 6 xal çıxıldı

“Xəzər Lənkəran”dan 6 xal çıxıldı

FİFA-nın Nizam-İntizam Komitəsinin 30.11.2011-ci il tarixli qərarının 3-cü hissəsinin 4-cü bəndinə (Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından təxirə salınmadan 6 xal çıxılsın. Xalların çıxılması yerli assosiasiya tərəfindən həyata keçirilsin) və FİFA-nın Nizam-İntizam Komitəsinin 29.03.2012-ci il tarixli təlimat məktubuna əsasən AFFA-nın İntizam Komitəsi qərar qəbul edib. Siasport.az saytının məlumatına görə, qərarların məzmunu aşağıdakı kimidir:

1. Unibank Premyer Liqası yarışlarında "Xəzər Lənkəran" FK-nun cari mövsümdə aktivindən 6 xal çıxılsın.

2. AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda çıxış edən klubların nəzərinə çatdırılır ki, analoji hadisə ilə qarşılaşmamaları üçün FİFA, UEFA, AFFA və Lisenziyalaşdırmanın bütün tələbləri yerinə yetirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə