XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində FIFA U-17 Qadınlararası Dünya Çempioantı Azərbaycan2012-nintəbliğatı davam edir. Siasport.az saytının məlumatına görə, bu gün Ekspo Mərkəzində keçirilən sərgidə dünya çempionatının rəsmi maskotunun adı elan olunub. Belə ki, DÇ-nin maskotu Top-top qız adlandırılıb. Adın müəllifi olan Bəhram Bağırzadəyə maskot çempionatın Yerli Təşkilat Komitəsi tərəfindən hazırlanmış hədiyyə təqdim edib.
Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin üzvləri də tədbirdə iştirak edib. Sərginin ziyarətçiləri dünya çempionatının hazırlıq işləri ilə tanış olub və müxtəlif suallara cavab alıblar.
Məlumat üçün bildirək ki, çempionatın stendi qarşısında müxtəlif əyləncə xarakterli oyunlar quraşdırılıb. Maraqlı və interaktiv oyunlar əsasında iştirakçı və azarkeşlər dünya çempionatından və yerli dəstəkçilərdən müxtəlif hədiyyələr əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB