Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan edilməsi ilə əlaqədar olaraq geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman foto-jurnalistikasını inkişaf etdirmək məqsədilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan edib. Siasport.az saytının məlumatına görə, 12-13 may tarixlərində "Sərhədçi" İdman Olimpiya Mərkəzində ilin ən mötəbər turnirlərindən biri olan – Dünya Kuboku yarışı keçiriləcək. Müsabiqəyə təqdim ediləcək fotolar da məhz sərbəst güləş üzrə Dünya Kuboku yarışında çəkilməlidir. Yarışın keçirildiyi arenaya daxil olmaq üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Müsabiqəyə müraciət edən fotoqraflar qeydiyyat üçün 4 may 2012-ci il, saat 18.00-a qədər, çəkilən fotoları isə 19 may 2012-ci il, saat 13.00-a qədər Azərbaycan Güləş Federasiyasına təqdim etməlidirlər.
Qeyd edək ki, aşağıda göstərilən nominasiyaların hər birində bir qalib seçiləcək və bir fotoya həvəsləndirici mükafat veriləcək. Həvəsləndirici mükafata isə müxtəlif hədiyyələr daxildir.
Müsabiqənin şərtləri:
* Müsabiqəyə qatılan hər bir fotoqraf müraciət etdiyi nominasiya üzrə minimum 5 foto təqdim etməlidir
* Fotolar yüksək keyfiyyətli olmalıdır
Nominasiyalar və mükafatlar:
* Ən yaxşı fənd – 250 AZN
* Ən yaxşı idmançı emosiyası – 250 AZN
* Ən yaxşı məşqçi emosiyası – 250 AZN
* Ən yaxşı azarkeş reaksiyası – 250 AZN
Məlumat üçün bildirək ki, qeydiyyat üçün son tarix mayın 4-ə qədərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB