Mutu "Beşiktaş"a gəlir?
İtaliya mətbuatı hazırda "Çesena"da forma geyinən məşhur rumunıyalı futbolçu Mutunun İstanbulun "Beşiktaş" futbol klubuna transfer olunacağı barədə yazılar dərc edib. Siasport.az saytı xəbər verir ki, olduqca zəngin koryeraya sahib olan Mutunun, artıq "Beşiktaş"lı menecerlərlə mövsümün sonunda transfer məsələsini müzakirə etməyə hazırlaşdığı bildirilir. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti isə yazır ki, artıq "Beşiktaş"ın yeni rəhbərliyi də bu futbolçunun transferi üçün mövsüm başa çatan kimi hərəkətə keçməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə