Qeyd edək ki, sabah Qəbələyə yollanacaq komandanı bu dəfə də çətin sınaq gözləyir. Belə ki, Ağdamlıların müdafiəçisi Admir Teli klubun rəsmi internet saytına fikirlərini bildirərkən oyun haqqında bunları deyib: "3 ildən çoxdur "Qarabağ"dayam. Amma bu müddətdə cəmi 1 dəfə "Qəbələ"ni məğlub edə bilmişik. O da ötən mövsüm Suraxanıda olub (3:0). Deyərdim ki, bəlkə Azərbaycan çempionatında "Qəbələ"dən güclü olanlar var amma bizə görə ən çətin "Qəbələ"dir. Futbolda belə şeylər olur. Oyuna yaxşı hazırlaşmışıq. İnanıram ki, "Qəbələ" ilə oyunda sərfəli nəticə qazana biləcəyik. Amma bu məqamda hazırki rəqibi digər rəqiblərdən fərqləndirmirik. Final mərhələsində hər qələbə 3 xaldan daha dəyərlidir. "Qəbələ" son oyunlarda uduzduğuna görə meydana aqressiv çıxacaq. Hər halda avrokuboklara az da olsa ümidləri var. Amma bizim də uduzmağa haqqımız yoxdur. Düzdü, futbolda hər şey olur. 4-5 aydır məğlub olmuruq. Qəbələdə qələbə qazanıb həm uğursuzluğa son qoymaq, həm də iddiamızı qorumaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB