Qeyd edək ki, bədii filmin ssenarisi qədim Azərbaycan xəncərinin erməni qəsbkarlarından xilas olunmasına həsr olunub. Belə ki, baş rolda çıxış edən Mənsur adlı qəhrəman qaydasız döyüşdə iştirak etməyi qəbul edir və qalib gəlir. Sonda xəncəri vətənə qaytarır. Döyüş üslubunda çəkilən filmdə Mənsur rolunu oynayan Qoçyu-Ryu Karate-Do və Kobudo Federasiyasının prezidenti Tarverdi Allahverdiyev həm də, bədii filmin ssenari müəllifidir.Təqdimat mərasimində iştirak edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında bildirdi ki, Azərbaycan dilində çəkilən film İngilis və Rus dillərinə də tərcümə olunub. Film gənclərin tərbiyəsində böyük rol oynayacaq. Ana dilində belə bir filmin çəkilməyinə görə şadam. Bütün yaradıcı heyəti ürəkdən təbrik edirəm. Filmin 3-cü və 4-cü hissələri dünyanın bir neçə ölkəsində izlənilib. Bu da keçən il prezident Prezident İlham Əliyev tərəfindən 2011-2015-ci illər dövlət proqramında gənclərə və idmana xüsusi qayğısının göstəricisidir.
Bundan sonra isə, İntiqam Babayev qeyd etdi ki gələcəkdə Qarabağ və Tarixi mövzuda da belə filmlərin çəkilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, filmin rejissoru Rüfət Əsədov və Tarıverdi Allahverdiyev filmə göstərdiyi dəstəyə görə, Gənclər və İdman naziri Azad Rəhimova təşəkkürünü bildirdi. Təqdimat mərasiminin sonunda iştirakçılara filmin anonsu təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB