İspaniyanın "Barselona" futbol klubu, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk qarşılaşmasında "Çelsi" ilə oyuna qara rəngli formada çıxacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat verib. "Stenford Birc"də oynanılacaq qarşılaşmada qara rəngli formada meydana çıxmaq üçün UEFA-ya məhz "Barselona" müraciət edib. Xatırladaq ki bu iki komandanın UEFA Çempionlar Liqasının yaırmfinalında "yolları" 2009-cu ildə bir dəfə kəsişib. O zaman daha güclü tərəf olan "Barselona" mərhələ adlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB