Sabah Maskotun adı təqdim olunacaq

Sabah Maskotun adı təqdim olunacaq
FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi maskotunun adı aprelin 13-də, saat 11:30-da təqdim olunacaq. Siasport.az saytının məlumatına görə, "Bakı Expo" Mərkəzində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində elan ediləcək.

Məlumat üçün bildirək ki, FIFA U-17 Qadınlarası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi maskotu üçün ən yaxşı ad açıq müsabiqəsinin qalibi təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə