AFFA-nın baş katibi FIFA-nın tədbirində çıxış edəcək

AFFA-nın baş katibi FIFA-nın tədbirində çıxış edəcək

İtaliyanın paytaxtı RomadaFIFAtərəfindən Qadın Futbolunun Texniki Konfransı keçirilir. Siasport.az saytının məlumatına görə, bu gün AFFA-nın baş katibi,FIFAU-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov Konfransda iştirak edəcək. Belə ki, baş katib "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012: çempionatın Azərbaycanda keçirilməsinin üstünlükləri və çətinlikləri " mövzusunda çıxış edəcək.

Məlumat üçün bildirək ki, konfrans aprelin 13-də başa çatacaq. Aprelin 14-də isə Roma şəhərində FIFA qızlar "Grassroots" Festivalı keçiriləcək.





Bütün xəbərlər Facebook səhifəmizdə