UEFA 1 dəqiqə gecikməyə görə ingilis klubunu 30 min avro cərimələdi!

UEFA 1 dəqiqə gecikməyə görə ingilis klubunu 30 min avro cərimələdi!

Mişel Platinin prezidenti olduğu UEFA, İngiltərənin "Mançester Siti" futbol klubunu 30 min avro məbləğində cərimə edib. Siasport.az saytı xəbər verir ki, hər zaman "fövqəl" qərarları ilə təəcüb doğuran UEFA rəhbərliyi, bu addımı ilə də heyrətə səbəb olub. "Mançester Siti"nin rəsmi saytında yerləşdirilən məlumata görə, buna Avropa Liqasının 1/8 final mərhələsində "Sportinq"lə oyunun (0:1) ikinci hissəsində komandanın meydana bir dəqiqə gec çıxması səbəb olub. Bir sözlə UEFA bir dəqiqəlik gecikməyə görə, ərəb şeyxlərini 30 min avro cərimələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə