Ziraat Türkiyə Kubokunun ¼ final mərhələsində 90 dəqiqə ərzində 2:2 hesablı başa çatan maçta "Kayserispor" üzərində penaltılarla 5:4 hesablı üstün olan "sarılacərtlilər" yarımfinala vəsiqə qazanan tərəf oldu. Siasport.az saytının məlumatına görə, qarşılaşma Ankaranın 19 May Stadionunda baş tutub.
Qeyd edək ki, "Fənərbaxça" yarımfinalda "Karabükspor"- "Boluspor" oyununun qalibi ilə görüşəcək.
Məlumat üçün bildirək ki, görüşdə 2:0 hesablı məğlub durumda olan "Fənərbaxça" mübarizənin 90+2- ci dəqiqəsində Sovun vurduğu qolla (2:2) bərabərə qaldı. Bundan sonra isə, komandaların oyununa 30 dəqiqə daha əlavə olundu. Buna baxmayaraq, artırılmış vaxtda da hesab dəyişilməz qaldığından oyunun taleyini penaltilər həll etməli oldu.
Xatırladaq ki, vurulan penaltilərin ümumi hesabında (5:4) üstün olan "Fənərbaxça" qələbəni bayram etdi. Beləliklə, yarımfinala vəsiqəsini təmin etmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB