Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Bakı-2020 Layihəsini təqdim edəcək- Foto
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi 7 nəfərdən ibarət nümayəndə heyəti aprelin 14-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək Milli Olimpiya Komitələrinin Baş Assembleyasında iştirak edəcək. Siasport.az saytının məlumatına görə, təqdimat haqqında bu gün Milli Olimpiya Komitəsində mətbuat üçün təşkil olunmuş brifinqdə Bakı-2020 Təşkilat Komitəsinin direktoru Könül Nurullayeva məlumat verdi. Həmçinin, o qeyd etdi ki, nümayəndə heyətinə Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, AFFA-nın baş katibi Elxan Məmmədov və Bakı-2020 Kommunikasiya direktoru Nərgiz Birk-Petersen daxildir. Bundan əlavə, o qeyd etdi ki, Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Rusiyanın paytaxtı Moskvada 1000 nəfər nümayəndənin iştirak edəcəyi Assambleyada Bakının 2020 Olimpiya oyunlarına namizədliyinə dair təqdimatla çıxış edəcək. Azərbaycanın Moskvada yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını əlamətdar hadisə kimi qiymətləndirən Təşkilat Komitəsini sədri Könül Nurullayeva fikirlərini belə izah etdi: " Dünya Olimpiya ictimaiyyətinin ən mühüm toplantısı olan Assambleyada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020 Olimpiya oyunlarına dair təqdimat etməsi bizim üçün böyük şərəfdir. Mehriban xanımın nümayəndə heyətində iştirakı Azərbaycan hökumətinin və xalqının bizim namizədliyi tam dəstəkləməsinin göstəricisidir. Azərbaycan xalqının 95%- nin Bakı-2020 layihəsini dəstəkləməsi və Mühriban Əliyevanın təqdimatı bizim namizədliyin uğurlu olacağına inamımızı artırır".
Qeyd edək ki, keçirilən brifinqdə Bakı-2020 üçün imza toplamada yaxından iştirak edərək dəstək göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da iştirak edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB