Madrid "Real"ının ulduz futbolçusu Lassana Diarra "Fənərbaxça" futbol klubunun heyətinə keçməyə çox yaxındır. Siasport.az saytı xəbər verir ki, keçən həftə keçirilən "Fənərbaxça"-"Antalyaspor" qarşılaşmasını tribunadan izləyən "Real"ın ulduz futbolçusu, "Fənərbaxça"nın olduqca böyük komanda olduğunu, yaxın dostlarının da bu komandada çıxış etdiklərini xatırladaraq, İstanbul klubunda çıxış etməyə müsbət yanaşdığını, şərtləri yerinə yetirilərsə "Fənərbaxça"da oynamağa razı olduğunu dilə gətirib. Joze Maurinyo tərəfindən çox nadir hallarda ilk 11-liyə daxil edilən futbolçunun "Fənərbaxça" rəhbərliyi ilə bu barədə müzakirə apardığı da Türkiyə mətbuatında əsas xəbər yazısına çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB