Ruslar Aleksandr Səmədova "atdılar"!

Ruslar Aleksandr Səmədova "atdılar"!
Moskvanın "Dinamo" klubunda forma geyən azərbaycanlı futbolçu Aleksandr Səmədov, futbol üzrə Rusiya millisi tərəfindən aldadılıb. Siasport.az saytı xəbər verir ki, futbol üzrə azərbaycan millisində çıxış etməkdən imtina edərək Rusiya millisini seçən A,Səmədov, baş məşqçi Dik Advokat tərəfindən yayda Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə aparılacaq heyətə salınmayıb. Rusiyanın nüfuzlu sports.ru saytı yazır ki, 23 nəfərlik siyahıda baş məşqçi Dik Advokat sağ cinah müdafiəçisi qismində "Zenit"in 28 yaşlı oyunçusu Vladimir Bıstrovu görür. Saytın yazdığına görə, bu mövqedə oynayan Səmədovun milliyə çağırılacağı inandırıcı görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə