Rəşad Sadıqovun keçmiş komandası Türkiyə kubokunun yarımfinalına yüksəlib

Rəşad Sadıqovun keçmiş komandası Türkiyə kubokunun yarımfinalına yüksəlib
Futbol üzrə Türkiyə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib. Siasport.az saytı xəbər verir ki, "Antalyaspor"u qəbul edən "Eskişehirspor", rəqibini 3:0 hesabı ilə məğlub edib. Rəşad Sadıqovun komandası bu nəticədən sonra yarımfinal mərhələsinə adlayan ilk komanda olub. Bu gün isə "Fənərbaxça" "Kayserispor"la münasibətlərinə aydınlıq gətirəcək. "Sarı lacivərtlilər", ölkə çempionatı ilə yanaşı, Türkiyə kubokunu qazanmaqda da iddialı görünürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə