"Barselona" addım-addım çempionluğa doğru...

"Barselona" addım-addım çempionluğa doğru...
Dünən İspaniya La Lqiasının 32-ci turunda "Xetafe" ilə qarşılaşan "Barselona", rəqibini darmadağın edib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın 90 dəqiqəsi ərzində keçmiş "Fənərbaxça"lı Daniel Quizanın komandasına "göz açmağa" imkan verməyən katalon klubu, rəqibinin qapısından 4 cavabsız top keçirib. Bu qələbə sayəsində əzəli rəqibi olan Madrid "Real"ı ilə aralarındakı xal fərqini birə endirən "Barselona", Xose Qvardiolanın dediyinin tam əksinə olaraq, bu il də yenidən çempionluqa əsas namizəddir. Digər qarşılaşmalarda isə "Osasuna" "Espanyol"u məğlub edib, "Real Sosyedad" isə "Betis"lə qollu bərabərliyə razılaşıb.


"Osasuna" - "Espanyol" - 2:0
Qollar:
Qarsiya, 53 (1:0), 68 (2:0)

"Real" (Sosyedad) - "Betis" - 1:1
Qollar:
Vela, 55 (1:0), Martin, 70 (1:1)

"Barselona" - "Qetafe" - 4:0
Qollar:
Sançez, 13 (1:0), 73 (3:0), Messi, 44 (2:0), Pedro, 75 (4:0)

Bütün xəbərlər Facebook səhifəmizdə