Dünən İngiltərə Premyer Liqasının 33-cü turunda bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, səfərdə "Bləkbörn"ün qonağı olan "Liverpul" futbol klubu, qarşılaşmadan 3:2 hesablı çətin qələbə ilə ayrılıb. Qarşılaşmanın ilk yarım saatı ərzində rəqib qapısından 2 cavabsız top keçirən "Liverpul", qalan dəqiqələrdə çətin durumla qarşılaşıb. "Bləkbörn" futbolçuları qonaqların qapısına 2 top vuraraq hesabı bərabərləşdiriblər. Yalnız əlavə olunmuş vaxtın ikinci dəqiqəsində Karrolun vurduğu qol "Liverpul"a 3:2 hesablı qələbə gətirib. Digər qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:
"Tottenhem" – "Norviç" – 1:2
Qollar: Pilkinqton, 13 (0:1), Defo, 33 (1:1), Bennet, 66 (1:2)
"Everton" – "Sanderlend" – 4:0
Qollar: Queye, 52 (1:0), Pinar, 75 (2:0), Osman, 76 (3:0), Aniçebe, 81 (4:0)
"Nyukasl" – "Bolton" – 2:0
Qollar: Ben Arfa, 73 (1:0), Sisse, 83 (2:0)
"Aston Villa" - "Stok Siti" – 1:1
Qollar: Ueyman, 32 (1:0), Hut, 72 (1:1)
"Fulhem" – "Çelsi" – 1:1
Qollar: Lampard, 45-pen (0:1), Dempsi, 82
"Bləkbörn" - "Liverpul" - 2:3
Qollar: Rodriqez, 13 (0:1), 16 (0:2), Yakubu, 36 (1:2), 61-pen (2:2), Kərol, 90 (2:3)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB