Futbolçu hakimi təhqir edərək komandasını pis vəziyyətdə qoydu

Futbolçu hakimi təhqir edərək komandasını pis vəziyyətdə qoydu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komissiyası növbəti iclasını keçirib. Siasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XXVII turu çərçivəsində keçirilmiş AZAL – "Sumqayıt" qarşılaşmasından sonra AZAL futbolçusu cərimələnib. Belə ki, oyunun 55-ci dəqiqəsində AZAL klubunun 17 №-li futbolçusu Viktor İgbekoyi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan sonra isə, futbolçu 4 oyunluq cəzalanıb, klub isə 4000 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə