İngiltərə çempionatı: “Liverpul” qələbə həsrətinə son qoydu

İngiltərə çempionatı: “Liverpul” qələbə həsrətinə son qoydu

"Qırmızı"lar xal itkisindən oyunun əsas vaxtı əlavə edilmiş dəqiqələrdə xilas ola biliblər


İngiltərənin "Liverpul" klubu Premyer liqanın 33-cü turu çərçivəsində "Blekbern"i məğlub etməklə son beş oyunda ilk qələbəsini qazanıb. Kenni Dalqlişin komandası Maksi Rorigesin dublu sayəsində hesabda 2:0 irəli çıxa bilib. Lakin 36-cı dəqiqədə Yakubu Ayeybeni hesab arasında fərqi azaldıb, 61-ci dəqiqədə isə penaltidən hesab bərabərləşdirib. Oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə Endi Keroll "qırmızılar"ın qələbə qolunu vurub - 3:2.


Xatırladaq ki, bu oyunadək "Liverpul" üç oyunda məğlub olmuş və "Aston Villa" ilə xalları bölüşdürmüşdü. "Qırmızılar" hazırda 46 xalla turnir cədvəlinin 8-ci pilləsindədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə