“Barselona”dan növbəti darmadağın

“Barselona”dan növbəti darmadağın

"Barselona" İspaniya çempionatının 33-cü turu çərçivəsində "Hetafe"ni darmadağın edib. "Kamp Nou"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qarılaşmada Aleksis Sançes iki (13-cü və 73-cü dəqiqələr), Lionel Messi (44-cü dəqiqə) və Pedro (74-cü dəqiqə) hərəyə bir qol vurublar.


Qələbə kataloniyalılara "Real"la xal fərqini minimuma endirməyə yardım edib. Joze Mourinyunun yetirmələrini "Atletiko" ilə "Visente Kalderon"da Madrid derbisi gözləyir. Qarşılaşma sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə