“Neftçi” Zaqreb “Dinamo”su ilə qarşılaşacaq?

“Neftçi” Zaqreb “Dinamo”su ilə qarşılaşacaq?

Bakının "Neftçi" komandası yenidən Azərbaycan çempionu olacağı təqdirdə, yenə də Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşmalı olacaq. Siasport.az saytı xəbər verir ki, Zaqreb təmsilçisi Xorvatiya çempionatının sonuna 5 tur qalmış qızıl medalları özünə təmin etdiyindən, yenidən çempionluq titiuluna sahib olacağı qaçılmazdır.

"Neftçi" isə ardıcıl 2-ci mövsüm Azərbaycan çempionu olmağa çox yaxındır. Məsələ burasındadır ki, flaqman finişə 5 tur qalmış ən yaxın izləyicisi "Xəzər Lənkəran"ı 6 xal qabaqlayır. Yenidən qızıl medal qazanacağı halda "Neftçi" Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu zaman potensial rəqiblər arasında Zaqreb "Dinamo"su da olacaq.

Xatırladaq ki, keçən il Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" Zaqreb "Dinamo"suna uduzaraq UEFA Çempionlar Liqasını tərk etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə