“Xəzər Lənkəran” rekord seriyasını davam etdirir- Statistika

“Xəzər Lənkəran” rekord seriyasını davam etdirir- Statistika
"Xəzər Lənkəran" yeni rekorda imza atıb. Siasport.az saytının məlumatına görə, komanda tarixində ilk dəfə final mərhələsində ardıcıl 2 qələbə qazanıb. Premyer Liqanın ХXVII turunun "Qəbələ" ilə səfər matçında 1:0 hesablı qələbə qazanan futbolçular ötən tura "İnter"lə görüşdə olduğu kimi (2:0) yenə meydandan xal itkisi olmadan ayrılıb.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın Premyer Liqa tarixində daha uzun, hətta 13 oyunluq qələbə seriyası da olub. Lakin 3-cü mövsümdür ki, 2 mərhələdə keçirilən çempionatın həlledici oyunlarında cənublular heç vaxt qələbənin ardından qələbə qazana bilməyib.

Xatırladaq ki, 2009/10 mövsümündə final mərhələsinin 10 oyununda 3 qələbə qazanan "Xəzər Lənkəran" 23, 26 və 28-ci turlarda, yəni fasilələrlə qalib gəlmişdi. 2010/11 mövsümündəki 10 matçda qeydə alınan 2 qələbə isə 28 və 31-ci turlarda gerçəkləşmişdi.

Məlumat üçün bildirək ki, cari mövsümün final mərhələsində baş tutan 65 oyununda 2 qalibiyyəti olan Lənkəran təmsilçisi bunları son 2 matçda – 26 və 27-ci turlarda gerçəkləşdirib. Bu isə komandanın tarixində Premyer Liqanın final mərhələlərindəki rekord seriyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə