Naxçıvanda “Coca-Cola Məktəbli Kuboku” ilə bağlı görüş keçirilib

Naxçıvanda “Coca-Cola Məktəbli Kuboku” ilə bağlı görüş keçirilib
Bu gün Naxçıvan MR-in Şərur şəhərində"Coca-Cola Məktəbli Kuboku"nun2012-2013-cü il mövsümü ilə əlaqədar görüş keçirilib. Siasport.az saytının məlumatına görə, Naxçıvan şəhəri, Ordubad, Culfa, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək rayonlarının təhsil və idman idarələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə "Coca-Cola Məktəbli Kuboku"nun 2012-2013-cü il mövsümünün Naxçıvan MR üzrə keçirilmə sistemi bərədə məlumat verilib. Qeyd olunub ki, "Coca-Cola Məktəbli Kuboku"nun 2012-2013-cü il mövsümü Naxçıvan MR üzrə öncə hər bir rayon daxilində məktəblərin 5-ci və 7-ci sinifləri arasında keçiriləcək, rayon daxili turnirdə ilk 2 yerin sahibi mükafatlandırılacaq, II mərhələdə rayon qalibləri Naxçıvan MR üzrə qalibi müəyyənləşdirmək üçün mübarizə aparacaq. Naxçıvan MR üzrə qalib gələn 5-ci və 7-ci sinif komandaları final mərhələdə iştirak üçün vəsiqə qazanacaqlar.

Məlumat üçün bildirək ki, tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə