Şahmat üzrə Bakı şəhər çempionatı başa çatdı

Şahmat üzrə Bakı şəhər çempionatı başa çatdı

8 yaşa qədər şahmatçılar arasında keçirilən Bakı şəhər çempionatı artıq yekunlaşdı. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, şahmat idman növü üzrə kuratoru Salman Əbdülov Siasport.az idman portalına verdiyi xəbərdə bildirdi ki, idarənin tədbirlər planına müvafiq olaraq Respublika Şahmat Mərkəzində 2004-cü il təvəllüdlü şahmatçılar arasında baş tutan çempionatda 138 oğlan və 30 qız iştirak edib.

Məlumat üçün bildirək ki, baş məsləhətçi vurğuladı ki, çempionatda 1, 2,3 saylı Şahmat Məktəbi, 16 və 19 saylı Uşaq Gənclər İdman Məktəbi, Respublika Şahmat Klubu (RŞK), "Neftçi" İdman Sağlamlıq Mərkəzi, "Sərhədçi" OİM, HRŞDK, Nizami rayon UGYM, "Aura" İK və "Şağan" OİK təmsil edən şahmatçılar yarışıb.

Qeyd edək ki, nəticələr isə belə olub.

Qızlar:

1. Beydullayeva Şəms- 8 xal (HRŞDK).

2. Şirinli Zərin- 7 xal (RŞK).

3. Şabanova Xədicə- 6.5 xal (1 nömrəli ŞM).

Oğlanlar:

1. Vüqar Manafov- 8xal (1 nömrəli ŞM).

2. Fərid Mustafayev- 8 xal (1 nömrəli ŞM).

3. Elmar Atakişiyev 7.5 xal (RŞM).

Xatırladaq ki, Bakı Çempionatında ilk 6 yeri tutmuş oğlan və qızlar İyunda keçiriləcək Respublika Çempionatında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə