\"Futbolçularımdan xahiş etmişəm ki, az gülüb çox oynasınlar”

\"Futbolçularımdan xahiş etmişəm ki, az gülüb çox oynasınlar”
İspaniyada \"Real\"-\"Barselona\" rəqabəti sonsuza qədər olduğu kimi, deyəsən bu komandaların baş məşqçiləri arasındakı münasibətlər də gərginliyi ilə elə əbədi davam edəcək. Siasport.az saytı xəbər verir ki, bu iki baş məşqçi arasında ciddi qalmaqala səbəb ola biləcək növbəti söz dueli ortaya çıxıb.

Belə ki, ispaniyalı jurnalistlərin "Mourinyo Çempionlar Liqasında "Barselona"nın "Çelsi"ni keçəcəyini və final oynayacağını bildirib. Buna münasibətiniz necədir?" sualına cavab verən \"Barselona\"nın baş məşqçisi Xose Qvardiola, əxlaq məsələsini gündəmə gətirərək, kral klubundakı həmkarını qıcıqlandıracaq ifadələr işlədib.


X.Qvardiola, "Çelsi" ilə qarşılaşma barədə indidən nəsə deməyin düzgün olmadığını deyərək, hər şeyin meydanda həll olunacağını açıqlayıb: "Barselona"da biz başqa tərbiyə almışıq. Mən artıq futbolçularımdan xahiş etmişəm ki, az gülüb çox oynasınlar", - deyə X.Qvardiola fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə