“Simurq” oyunçularına bir günlük istirahət verilib

“Simurq” oyunçularına bir günlük istirahət verilib
"Simurq" PFK-nın baş məşqçisi Georgi Çıxradze "Rəvan" klubu ilə oyundan sonra futbolçulara bir günlük istirahət verib. Siasport.az saytının məlumatına görə, bu gündən ehtibarən komanda Zaqatalada toplaşaraq "Turan"la oyuna hazırlıqlara başlayacaq.

Qeyd edək ki, XXVII turda zədələnərək meydanı tərk etməyə məcbur olan İlkin Qırtımov isə artıq özünü yaxşı hiss edir və sabahdan məşqlərə qatılacaq.

Məlumat üçün bildirək ki, XXVIII tur çərçivəsində aprelin 15-i "Turan"ın qonağı olacaq komandamızda kapitan Rasim Ramaldanov və Emin Cəfərquliyev cəzalı olduqlarından, Andreys Rubins isə zədəsin hələ də sağalda bilmədiyindən bu qarşılaşmada forma geyinə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə