I Divizion qarşılaşmalarının nəticələri

I Divizion qarşılaşmalarının nəticələri
Azərbaycan I Divizionunda 3 qarşılaşma keçirilib. Siasport.az saytının məlumatına görə,"Qaradağ Lökbatan" – "Şahdağ" qarşılaşmasından başqa "Karvan" – "Neftçala" və "Lokomotiv" – "Şəmkir" oyunu baş tutub.

Məlumat üçün bildirək ki, Yevlax şəhər stadionunda keçirilən "Neftçala" klubunu qəbul edən "Karvan" 90-cu dəqiqədə rəqib oyunçu Kamal Ələkbərovun vurduğu qolla məğlub olub.

Qeyd edək ki, "Bakı" futbol klubunun təlim-məşq bazasında keçirilən görüşdə isə qalib gələn tərəf olan "Lokomotiv", rəqib qapısından 3 qol keçirməyə müvəffəq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə