Futbol üzrə Azərbaycan I Divizionunda 25-ci tura yekun vurulub. Siasport.az saytının məlumatına görə, tur çərçivəsində baş tutmuş qarşılaşmalardan ən maraqlısı isə "Qaradağ Lökbatan" – "Şahdağ" oyunu olub. Belə ki, 1-ci Divizionda məğlub edilməyən "Qaradağ Lökbatan" klubu "Şahdağ"a 1:0 hesabı ilə məğlub oldu. Məlumat üçün bildirək ki, "Şahdağ"a qələbə gətirən qolun müəllifi 84-cü dəqiqədə Zahid Tayıbov oldu. Oyunu isə aşağıdakı hakimlər heyəti idarə edib:
Hakimlər: Ceyhun Haşımov, Habil Əliyev, Knyaz Əmiraslanov, Qorxmaz Eldarov
Hakim-inspektor: Tofiq Şükürov
Qeyd edək ki, görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB