Sergey Skoroviç: “Azərbaycan yığması vaxtaşırı oyuna diqtə edirdi”

Sergey Skoroviç: “Azərbaycan yığması vaxtaşırı oyuna diqtə edirdi”

Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş Rusiya – Azərbaycan oyunundan sonra rəqib komandanın baş məşqçisi Sergey Skoroviç oyuna münasibət bildirib. Siasport.az saytının məlumatına görə, millimizin oyununu yüksək qiymətləndirən Rusiya millisinin baş məşqçisi bunları ifadə edib: "Azərbaycan yığması çox güclü rəqib olduğundan, bizi çətin sınaq gözləyirdi. İlk oyunda qalib gəlməyimizə baxmayaraq, cavab matçının belə gərgin mübarizədə keçəcəyini bilirdik. Onu da başa düşürdük ki, rəqib qalib gəlməli olduğundan, daha çox say üstünlüyündə oynayacaq. Biz bu zaman rəqibi həmişə saxlaya bilmədiyimizdən, ani diqqətsizlik topun qapımızdan keçməsi ilə nəticələnirdi. Azərbaycan yığması vaxtaşırı oyuna diqtə edirdi, müəyyən vaxtda isə biz yaxşı təsir bağışlayırdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə